USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycandan xaricə xəz dəri, aqrar məhsullar və tikinti materialları çıxaranlar rüsum ödəyəcəklər

Azərbaycandan xaricə xəz dərini çıxaranlar rüsum ödəyəcəklər. 

"Report" xəbər verir ki, bu barədə "Caspian European Club"un üzvləri ilə görüşən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, bununla bağlı rəhbərlik etdiyi qurum hökumətə təklif göndərib: "Hazırda təklif hökumətdə müzakirə olunur və düşünürəm ki, tezliklə qəbul olunacaq. Bizdə emal zavodu olsaydı xammal yerli bazara verilərdi. Ona görə də bəzi iş adamları rüsum ödəməməklə bunu xarici bazara çıxarmağa çalışır".

Bundan başqa, bəzi kənd təsərrüfatı məhsullarının və tikinti materiallarının ixracı ilə bağlı da xüsusi gömrük tariflərinin tətbiqi gözlənilir. "Kənd təsərrüfatı məhsullarına subsidiya verildiyi üçün onlar çox ucuz başa gəlir. Artıq bu məsələ ilə bağlı 2-3 nazirlik təklif hazırlayıb hökumətə göndərib".

A.Əliyev onu da deyib ki, bu ilin ilk üç ayı ərzində gömrük cinayətləri ilə bağlı dövlət büdcəsinə 1 mln. manat vəsait daxil olub: "Son bir ildə 1,1 ton heroin, 20 kq-a qədər digər narkotik vasitənin qaçaqmalçılığının qarşısı alınıb".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!