USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanda yeni peşə məktəbi açılacaq

"Azərbaycanda kənd təsərrüfatı üzrə ixtisaslı kadrlar və mütəxəssislər hazırlayacaq yeni peşə məktəbi açılacaq".

 

AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, yeni peşə məktəbi 2017-ci ilin birinci rübündə Qəbələdə fəaliyytə başlayacaq: 

 

"BP ilə birlikdə həyata keçirilən "Kənd təsərrüfatı peşə təhsili üçün yeni ixtisasların hazırlanması" layihəsi çərçivəsində ilk pilot rayon Qəbələ seçilib. Layihə uğurlu alınarsa, sonradan bütün ölkə üzrə kənd təsərrüfatı üzrə mütəxəssislərin hazırlanacağı yeni peşə məktəblərinin yaradılması planlaşdırılır. Məqsəd Qəbələ şəhərində yenidən tikilən kənd təsərrüfatı peşə təhsil mərkəzində tədris olunan proqramların, kurrikumların, yəni məzmunun hazırlanmasıdır".

 

Nazir əlavə edib ki, peşə məktəbində bağçılıq, bitkiçilik və kənd təsərrüfatı texinkası/aqroxidmətlər kimi ixtisaslar üzrə mütəxəssislər hazırlanacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!