USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ÜMUMXALQ SƏSVERMƏSİ – REFERENDUM BAŞLADI! - YENİLƏNİB /FOTO/

Bu gün saat 8-dən etibarən respublika üzrə ümumxalq səsverməsinə start verilib. Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata götə, ölkə üzrə 5627 seçki məntəqəsi fəaliyyət göstərir. Bütün məntəqələr müşahidəçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün açıqdır.

ASAN Radio xəbər verir ki, bu günkü səsverməni 117 beynəlxalq müşahidəçi izləyir. Onlar 33 ölkəni təmsil edir. Buraya Avropa Şurası Parlament Assambleyasının, MDB Parlamentlərarası Assambleyanın, Türkdilli Ölkələrin Parlament Assambleyasının, bəzi ölkələrin parlamentlərinin, seçki komissiyalarının, həmçinin seçki prosesi üzrə ixtisaslaşmış bir sıra beynəlxalq təşkilatların nümayəndələri daxildir.

Bu gün Azərbaycanda keçirilən referendumu 16 beynəlxalq kütləvi informasiya vasitəsi işıqlandırır. MSK-nın məlumatına görə, dörd təşkilat tərəfindən “exit-poll”lar keçiriləcək. Bunların arasında yerli təşkilatlarla yanaşı, ABŞ-ın və Fransanın “exit-poll”lar keçirən qurumları da var.

Azərbaycanda ümumxalq səsverməsini izləmək üçün 53 min 531 yerli müşahidəçi akkreditasiyadan keçib. Onlardan 1097-si Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. 52 min 434 yerli müşahidəçi isə dairə seçki komissiyalarına müraciət edərək qeydiyyatdan keçiblər. MSK-nın məlumatına əsasən, yerli müşahidəçilərdən 34 minə yaxını şəxsi təşəbbüsləri ilə müraciət edənlərdir.

Xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının referendumda iştirak etmələri üçün diplomatik nümayəndəliklərdə 38 seçki məntəqəsi yaradılıb. Bu barədə MSK-dan məlumat verilib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bununla da dünyanın istənilən yerindən MSK-nın saytına daxil olmaqla bütün prosesləri davamlı izləmək mümkündür.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!