USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Opinion Way”: Referendumda seçici fəallığı 66,8% olub

Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə Azərbaycanda ümumxalq səsverməsi (referendum) ilə bağlı keçirdiyi “exit-poll”un nəticələri açıqlanıb.

ASAN Radionun xəbərinə görə, “exit-poll” tədqiqatının ilkin nəticələrinə əsasən seçici fəallığı 66,8% olub.

Bildirilib ki, referenduma çıxarılan 29 suala verilmiş cavablar 4 blokda qruplaşdırılıb. Təhlükəsizliyin və müdafiənin təmin edilməsi ilə bağlı təkliflərə 89,3% "bəli", icra hakimiyyətinin strukturuna və səlahiyyətlər çərçivəsinə aid təkliflərə 88,9% "bəli", insan hüquqları və azadlıqlarının konstitusion təminatı ilə bağlı təkliflərə 90,1% "bəli" və Konstitusiyada nəzərdə tutulmuş seçkili və təyinatlı vəzifələrə namizədlər üçün yaş məhdudiyyətinin ləğv edilməsi ilə bağlı təkliflərə 88,8% "bəli" cavabını verib.

O da qeyd olunub ki, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasına seçicilərin təxminən 80%-i "bəli" cavabını verib.

Qeyd edək ki, "exit-poll" 17 qrup rəhbəri və 304 müşahidəçidən ibarət işçi heyətinin gücü ilə respublikanın 118 seçki dairəsində 152 seçki məntəqəsində saat 08.00-dan 19.00-dək keçirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!