FİFA-nın bu gün keçirilən Konqresində baş tutacaq prezident seçkilərində qalib gələcək şəxs 2019-cu ilə qədər bu vəzifəni icra edəcək. Bunu FİFA-nın prezident vəzifəsini icra edən İssa Hayatu bəyan edib.
O bildirib ki, yeni rəhbər Zepp Blatterin prezidentlik müddətini sona çatdıracaq. 2015-ci ildə bu posta seçilib, sonradan istefa verən isveçrəlinin səlahiyyət müddəti 2019-cu ildə başa çatacağından, növbəti seçkilər də həmin vaxt keçiriləcək.
Qeyd edək ki, Sürixdə keçirilən tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov təmsil edir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!