USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Əbülfəs Qarayev: "AZAL-la əməkdaşlıq çərçivəsində yeni reyslər və aviaşirkətlər açılacaq"

"Bu il istirahət mövsümündə İsmayıllı və Şamaxıda otellərdə yerlər 92, Göygöldə 95-100, Qəbələdə 100, Lerikdə 90 faiz tutulub. Hələlik Mingəçevir və Xızıda bu il yerlər tam dolmayıb. Məndə olan məlumata görə, bu rəqəm 30 faizdir".

ASAN Radionun məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qareyev Azərbaycanda Turizm İ­şçiləri günü ilə bağlı keçir­ilən mətbuat konfrans­ında deyib. Nazir qeyd edib ki, gələn il "Turizm Şurası” fəaliyyətə başlayandan sonra turizm sənayesi daha sürətlə inkişaf edəcək: "Şuranın tərkibində bir neçə dövlət qurumu birləşəcək. Turizmin inkişafında ticarət festivallarının keçirilməsi də böyük rol oynayır. Gələn il iki festival keçirə bilərik və xərclənən vəsaitin 20-30 faizi geri qayıda bilər". 

Nazir əlavə edib ki, Dubayda, Rusiyada, Almaniyada olan nümayəndəliklərin digər ölkələrdə də açılması planlaşdırılır: "Hazırkı nümayəndəliklər uğurla fəaliyyət göstərir. Azərbaycan "Açıq səma" prinsipinə əsaslanır. AZAL-la daim əməkdaşlıq edirik. Əməkdaşlıq çərçivəsində yeni reyslər və aviaşirkətlər açılmasını təşkil edəcəyik". 

Nazir bildirib ki, sərhəd məntəqələrində buraxılış sisteminin təkmilləşdirilməsi üçün də tədbirlər görülür: "Artıq 3 ulduzlu hotellərin tikilməsinə böyük ehtiyac yaranıb. Bu istiqamətdə digər qurumlarla birgə layihələr həyata keçirilir. Termal turizm öz axarına düşüb. Qış mövsümündə də daimi turizmin təmin edilməsi üçün layihələr həyata keçirilir. Gömrük Komitəsi ilə müzakirələr aparılır. Ölkəyə gələn turistlərin rahatlığını təmin etmək üçün birgə işlər görüləcək".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!