USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
AVCİYA referendumla əlaqədar bəyanat yayıb

Sentyabrın 27-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) referendumla əlaqədar hesabat konfransı keçirib.

AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, təşkilat 3 min müşahidəçi ilə referendumun monitorinqini aparıb. Avqustun 26-dan başlayaraq qurum bölgələrdə referendumla bağlı seminar keçirib. Referendum günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı ilə bağlı ilkin məlumatlar gün ərzində beş dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da) AVCİYA Seçki Qərargahında fəaliyyət göstərən operatorlar tərəfindən toplanaraq ictimaiyyətə təqdim edilib. Bundan başqa, Assosiasiya referendum günü saat 21:00-da səsvermənin nəticələri ilə bağlı özünün ilkin məlumatını ictimaiyyətə bildirib. Referendum günü müşahidəçilər seçicilərlə sorğu aparıb. Həmin sorğu əsasən seçici fəallığı və qanun pozuntusunun olub-olmaması ilə bağlı olub.

Sonra təşkilatın bəyanatı oxunub. Bəyanatda deyilir ki, AVCİYA referendumun Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq şəffaf və ədalətli keçdiyini, ictimai-siyasi mühitin əvvəlki illərlə müqayisədə daha konstruktiv, daha stabil və demokratik olduğunu bildirir. Assosiasiya referendumun Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunması, dövlət təhlükəsizliyi və müdafiəsinin daha səmərəli təşkili, insan haqlarının müdafiəsi, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlətimizin daha da güclənməsi, vətəndaş cəmiyyətinin daha da inkişafında mühüm mərhələ olduğunu bəyan edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!