USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bülbülün anım günü qeyd edilib - AUDİO / FOTOLAR

Sentyabrın 27-də  Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün anım günü qeyd olunub. Tədbir Fəxri Xiyabanda, Bülbülün məzarı üzərində başlayıb. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu əvvəlcə çıxış edərək mərasimdə iştirak edənlərə öz təşəkkürünü bildirib. Sonra Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edib. Bülbülün Azərbaycan incəsənəti tarixində yeri və rolundan danışıb. Daha sonra çıxış edən Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli isə Bülbül barədə xatirələri yada salıb.

Anım mərasimində Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, həmçinin Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov, o cümlədən xalq artistləri Yalçın Adıgözəlov, Arif Babayev, Canəli Əkbərov, Səkinə İsmayılova və başqaları iştirak edib. Mərasim Bülbül adına Fondda davam etdirilib.

Qeyd edək ki, Bülbül 26 sentyabr 1961-ci ildə vəfat edib.

Xalq artistləri Canəli Əkbərov və Səkinə İsmayılova dahi Bülbül haqqında fikirlərini ASAN Radio ilə bölüşüblər.

Aşağıdakı Linkdən səs yazısını dinləyə bilərsiniz.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!