USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xələf Xələfov: "Ermənistan əldə olunmuş razılaşmalara əməl etmir"

27 sentyabr 2016-cı ildə xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Avstraliya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri, Senator Kristof Conun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radio XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə nazir müavini Xələf Xələfov Azərbaycanla Avstraliya arasında siyasi və diplomatik münasibətlərin mövcudluğunu, əlaqələrdə pozitiv inkişafın və xeyli irəliləyişin əldə edildiyini və əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib. X. Xələfov siyasi dialoqun, eləcə də iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirib. O, Avstraliyanın xarici işlər nazirinin Azərbaycana səfər etməsi, ölkələrimiz arasında konkret layihələrin nəzərdən keçirilməsi və ticarət dövriyyəsinin artırılmasının məqbul sayıldığını diqqətə çatdırdı və parlamentlərarası əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib.

X.Xələfov Azərbaycanda son illər həyata keçirilən islahatlar barədə geniş məlumat verərək, Avstraliya şirkətlərinin Azərbaycandakı fəaliyyətindən söz açıb. O, iqtisadiyyatın müxtəlif istiqamətləri, o cümlədən energetika, nəqliyyat, kənd təsərrüfatı və turizm sahəsində Avstraliya şirkətlərinin ölkəmizdə iştirakının arzu edilən olduğunu da əlavə edib. Nazir müavini iki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, eləcə də investisiyaların təşviqi və ikiqat vergidən azad olunmaya dair sazişlərin imzalanmasının hər iki ölkə şirkətlərini daha da həvəsləndirəcəyini bildirdi. X. Xələfov beynəlxalq təşkilatlar və qlobal forumlar çərçivəsində beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan söz açdı, bir çox beynəlxalq məsələlərdə hər iki ölkənin maraqlarının üst-üstə düşdüyünü qeyd edib.

Ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində son danışıqlar barədə məlumat verən X.Xələfov, münaqişənin regionda sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayıb və münaqişənin həll olunmamasının əsas səbəbi kimi Ermənistanın işğalçı siyasətindən əl çəkməməsi və öz hərbi qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmamasını göstərib. O, Ermənistanın aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılaşmalara əməl etmədiyini, beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymadığını qarşı tərəfin diqqətinə çatdırıb.

Senator Kristof Con iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün çoxsaylı sahələr üzrə geniş potensialın mövcud olduğunu, kənd təsərrüfatı, xüsusən meyvəçilik və tərəvəzçilik sahəsində əməkdaşlıq imkanlarını xüsusi vurğulayıb. O, təhsil sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Kristof Con Azərbaycanın turizm imkanlarını yüksək qiymətləndirdi və bu sahədə əlaqələrin genişləndirilməsini təqdir edib. Ermənistan-Azərbaycan münaqişəsinə dair ətraflı məlumata görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, Azərbaycanın münaqişənin sülh yolu ilə həllində səylərinin Avstraliya tərəfindən dəstəkləndiyini bəyan edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!