USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət başçısı: "Azərbaycanda multikulturalizm siyasəti sosial sifarişə əsaslanır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuperi qəbul edib.

ASAN Radio xəbər verir ki, Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper Azərbaycana bir neçə səfər etdiyini, hər dəfə ölkəmizdə dini dözümlülüyün şahidi olduğunu məmnunluqla qeyd edib. O bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycanın dini tolerantlıq baxımından dünyada nümunəvi ölkə olduğunu vurğulayan ravvin Abraham Kuper ölkəmizdə V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində UNESCO və Simon Vizental Mərkəzinin birgə sərgisinin təşkilinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev sərginin əhəmiyyətini vurğulayaraq, dünya mediasında əsasən mənfi halların yer aldığı bir zamanda dini tolerantlıq, multikulturalizm kimi müsbət dəyərləri diqqət mərkəzinə gətirməyin vacibliyini qeyd edib. Dövlət başçısı dünyada müharibə və münaqişələrin, etnik və dini gərginliklərin getdikcə artdığı bir dövrdə ölkəmizin əmin-amanlıq şəraitində uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu qeyd edərək bunun dövlət siyasəti olmasının əhəmiyyətini vurğulayıb. Dövlət başçısı Azərbaycanda multikulturalizm siyasətinin sosial sifarişə əsaslandığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev ölkəmizdə mədəniyyətlərarası sülh və dostluğun mövcud olduğunu məmnunluqla qeyd edərək müxtəlif dinlərin və xalqların nümayəndələrinin əmin-amanlıq şəraitində yaşadığını deyib.

Görüşdə V Bakı Humanitar Forumunun beynəlxalq əməkdaşlığa verdiyi töhfənin önəmi qeyd olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!