USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Sifarişli Səyyar ASAN xidmətdən yenilik - Asan İmzanı ünvanınızda əldə edin

Artıq sifarişli əsaslarla həyata keçirilən Səyyar ASAN xidmətə Asan İmza sertifikatının verilməsi xidməti də əlavə olunacaq. Sözügedən xidmətdən istifadə edərək vətəndaşlar evlərində və ya iş yerlərində səyyar qaydada Asan İmza xidmətinə qoşula biləcəklər.

ASAN Radio xəbər verir ki, Vergilər Nazirliyi tərəfindən həyata keçirilən Asan İmza xidmətinə qoşulma “Bakcell” və “Azercell” operatorları tərəfindən göstəriləcəkdir. Xidmətin sifarişi isə 9-108 nömrəli "Çağrı" mərkəzi vasitəsi ilə mümkündür.

Səyyar xidmətlər dedikdə qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.

Qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 Aprel 2009-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” əsasən) üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!