USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
UEFA-nın baş katibi FIFA-nın yeni prezidenti seçilib

İsveçrənin Sürix şəhərində FIFA prezidenti seçkiləri keçirilib. Qurumun Növbədənkənar Konqresində prezidentlik uğrunda UEFA-nın baş katibi Canni İnfantino, İordaniya Şahzadəsi Əli bin Əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim Əl-Xəlifə, sabiq FIFA baş katibinin köməkçisi Jerom Şampan mübarizə aparıblar. İlk turda yeni prezident müəyyənləşməyib. Belə ki, C.İnfantino milli federasiyalardan 88, Şeyx Salman 85, Əli bin Əl-Hüseyn 27, J.Şampan isə 7 səs qazanıb.

Beləliklə, I turda namizədlərdən heç biri tələb olunan səslərin 2/3-ni toplaya bilmədiyi üçün FIFA prezidenti növbəti turda müəyyənləşib. Bu turda C.İnfantino 207 səsdən 115-ni yığmaqla ən yaxın rəqibi Şeyx Salmanı (88 səs) qabaqlayaraq prezident seçilib.

Xatırladaq ki, konqresdə AFFA prezidenti Rövnəq Abdullayev, qurumun vitse-prezident Elşad Nəsirov və baş katibi Elxan Məmmədov da iştirak ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!