USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
DGK sədri filippinli həmkarı ilə görüşüb

Filippinin Manila şəhərində Ümumdünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) növbəti 11-ci illik Konfransı çərçivəsində Dövlət Gömrük  Komitəsinin (DGK) sədri Aydın Əliyevlə Filippin Gömrük Bürosunun komissioneri Kapitan Nicanor Faeldon arasında ikitərəfli görüş keçirilib.

Komitənin Mətbuat Xidmətindən ASAN Radioya verilən məlumata görə, ÜGT Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) illik Konfransının təşkilinə görə filippinli həmkarına təşəkkür edən A. Əliyev Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini,  bu inkişafa paralel olaraq gömrük sahəsində də mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Ölkəmizin yerləşdiyi coğrafi mövqe baxımından beynəlxalq ticarətin həyata keçirilməsində mühüm rol oynadığını bildirən komitə sədri bu istiqamətdə Azərbaycan Gömrük Xidməti tərəfindən gerçəkləşdirilən konkret tədbirlərdən bəhs edib. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən  gömrük sferasında mühüm islahatların həyata keçirildiyini və bir sıra yeniliklərin tətbiq olunduğunu qeyd edən A. Əliyev bu yeniliklərin beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, yükdaşımaların təhlükəsizliyinin təmin olunması işinə mühüm töhfələr verdiyini vurğulayıb.

Filippin Gömrük Bürosunun komissioneri kapitan Nicanor Faeldon Azərbaycan nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluq hissi ilə bəhs edərək gömrük sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə, həmçinin Azərbaycanın idxal-ixrac potensialı, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsulları və onların ixracının həyata keçirilməsi, gömrük xidmətləri arasında ilkin məlumat mübadiləsi və s. bu kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!