USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
UNESCO baş direktorunun müavini: “Davamlı inkişafsız sülh, sülhsüz davamlı inkişaf yoxdur”

“2030-cu ilədək davamlı inkişaf gündəliyi yetərli sayıla bilməz. Zorakı ekstremizmin qarşısını almaq üçün təhsil sahəsində işləmək vəzifə borcumuzdur”.

ASAN Radionun məlumatına görə, bunu bu gün V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən UNESCO baş direktorunun müavini Qetaçyu Enqida deyib. O qeyd edib ki, UNESCO-nun silahlı münaqişələr zamanı mədəniyyətin qorunması strategiyası məqsədəuyğundur: “Bununla bağlı strategiyamızda bildirilib ki mədəniyyətin qorunması sülh yaratma proseslərinə daxil edilməlidir. Dini, mədəni, sosial dözümsüzlüyə qarşı çıxaraq bu məqsədə nail olmağa çalışırıq. Qaçqın və məcburi köçkünlərin davamlı inkişafa təhdid yox, dəstək kimi qəbul olunmasına çalışırıq. Bu, Mədəniyyətlərarası Forumun ruhuna uyğundur. Bu gələn il keçiriləcək Mədəniyyətlərarası Forum üçün geniş imkanlar açacaq”.

Q. Enqida deyib ki, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlıq vacibdir: “Bu, sülh naminə uzunmüddətli proqramın həyata keçirilməsinə, insan hüquqlarının qorunmasına dəstəyi artırır. Davamlı inkişafsız sülh, sülhsüz davamlı inkişaf yoxdur”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!