USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Stepan Mesiç: “Qərbdə elə bir jurnalistika yaradılıb ki, yalnız sözdə müstəqildir”

“Dünyada nifrətin artdığını görürük. Belə şəraitdə dinlərarası dialoqdan danışmaq çətindir. Bunun səbəbi bir-birimizdən uzaqlaşmağımızdır”.

ASAN Radionun məlumatına görə, bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən panel müzakirələrində çıxış edən Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç deyib. O bildirib ki, beynəlxalq kommunikasiyanın inkişaf etdiyi bir dövrdə müxtəlif xalqlar şovinist, millətçilik əhval-ruhiyyəsinə bürünür: “Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində jurnalistikanın rolunu xüsusi qeyd etmək istəyirəm. Mən prezident olduğum dövrdə qondarma jurnalistlərin dinlərarası və mədəniyyətlərarası dialoqa nə qədər ziyan vurduğunu görürdüm. Mən indi əsl jurnalistikadan danışmaq istəyirəm. Bu gün sosial şəbəkələrdə bəzi reklamçılar, hətta bəzi siyasətçilər özlərini bir məhsul kimi cəmiyyətə satmaq istəyirlər. Əsl jurnalistika isə insanları bir-birinə yaxınlaşdırmalıdır. Mən prezident olduğum dövrdə əcnəbilərin daha çox Xorvatiyaya gəlməsini, xorvatların xarici ölkələrə getməsini təşviq edirdim. Çünki insanlar ölkələrə getdikcə həqiqətləri özləri görürlər”.

S. Mesiçin fikrincə, Qərbdə elə bir jurnalistika yaradılıb ki, yalnız sözdə müstəqildir: “Ancaq o jurnalistlər sahiblərindən daha çox əziyyət çəkir. Məsələn, BBC telekanalı Hələbdə durumun faciəli olduğunu, Rusiya telekanalı isə Hələbə humanitar yardımın gəlməsini göstərir. Əsl müstəqil jurnalistika hər iki halı işıqlandırardı. Təəssüf ki, bu gün belə jurnalistika cəmiyyəti manipulyasiya etməyə çalışır. Məsələn, Liviya hadisələri zamanı hadisələr bir rakursdan göstərilirdi”.

S. Mesiçin sözlərinə görə, Suriyada legitim hakimiyyətə qarşı beynəlxalq ictimaiyyətdə nifrət yaradılması üçün hətta 5 yaşlı uşaqlardan belə təbliğati məqsədlə istifadə edilməsi hallarına rast gəlinir: “Mən ləyaqətli jurnalistikanın təşviqinə çağırıram. Mən jurnalistlərə azadlığın qaytarılmasını tələb edirəm. Yuqoslaviya bu yaxınlara qədər vahid dövlət idi, sonra qanlı savaş oldu, dövlətlər ayrıldı. Bu qanlı savaşın təməlini siyasətçilərin sifarişi ilə jurnalistlər hazırladı. Biz bu gün Hantinqtonun sivilizasiyaların toqquşması nəzəriyyəsinin praktikada şahidi oluruq. Din siyasətdən ayrı olmalıdır. Jurnalistika isə peşəkar insanlar məşğul olmalıdır”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!