USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri Azərbaycanda referendumun şəffaflığını və legitimliyini tanıyıblar

Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleyasının (PA) müşahidəçilər missiyası Azərbaycanda referendumun şəffaflığını və legitimliyini tanıyıb.

ASAN Radio BELTA-ya istinadən xəbər verir ki, bu barədə sentyabrın 28-də Minskdə jurnalistlərə MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev məlumat verib.

Sergey Lebedevin sözlərinə görə, MDB PA müşahidəçilərinin Azərbaycanda fəaliyyəti başa çatıb və onlar referendumun legitimliyini və şəffaflığını tanıyıblar.

Sergey Lebedev deyib: “Referendumun nəticələri, referenduma çıxarılan təkliflərə səs verənlərin faizinin çox olması təsdiq edir ki, xalq Azərbaycanın ictimai-siyasi strukturuna edilən bu dəyişiklikləri dəstəkləyir. MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər missiyası referendumun gedişini işləyib və MDB PA-dakı həmkarlarımızın mənə verdikləri məlumata görə, onlar referendumun legitim, şəffaf, demokratik olduğunu, Azərbaycan xalqının iradəsini əks etdirdiyini tanıyıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!