"ASAN Məktub" Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsilə birgə cəbhə bölgəsindən olan uşaqları sevindirib.
Ağdam, Goranboy, Tərtərin cəbhəyanı ərazilərində yaşayan balacaların bir müddət əvvəl öz istəklərini yazdıqları məktublar Asanmektub.az saytına yerləşdirilmiş və qısa müddət ərzində xeyirsevər vətəndaşlar tərəfindən öhdəçiliyə götürülmüşdür.
Vətəndaşlar tərəfindən alınmış hədiyyələr, "ASAN Məktub" komandası və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə öz balaca sahiblərinə çatdırılıb.
Qeyd edək ki, “ASAN Könüllüləri” Təşkilatı tərəfindən həyata keçirilən “ASAN Məktub” layihəsinin məqsədi qədim xeyirxahlıq ənənələrinə malik olan ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin başlanğıcını qoymaq heç bir maddi qazanc güdmədən uşaqlara sevinc yaşatmaq, üzlərinin gülməsinə səbəb olmaqdır. Belə ki, “ASAN məktub” layihəsi vasitəsi ilə respublika ərazisində yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları həyata keçirilir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!