USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan prezidenti Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikerini qəbul edib - YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Ximenezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radionun məlumatına görə, Patrisia Ximenezin böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu bildirən dövlət başçısı nümayəndə heyətinin Forumda iştirakının maraqlı olacağına əminliyini ifadə edib.

Forumun artıq beynəlxalq tədbirə çevrildiyini vurğulayan prezident İlham Əliyev dünya birliyinin üçdə bir hissəsindən çoxunun Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsinin önəmini qeyd edib. Azərbaycanla Argentina arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı səfirliklərin fəaliyyət göstərməsinin və xarici işlər nazirləri səviyyəsində qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyətini vurğulayaraq ikitərəfli əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın da böyük əhəmiyyət daşıdığını deyib. Prezident İlham Əliyev Patrisia Ximenezin ölkəmizdə keçirəcəyi görüşlərin səmərəli olacağına əminliyini ifadə edib. Dövlət başçısı Azərbaycanın Argentina ilə ikitərəfli əlaqələrin sürətlə inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

P. Ximenez V Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Argentinalı qonaq bu gün, eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşdüklərini məmnunluqla vurğulayıb. O, Bakının gözəlliyinin və insanların multikultural dəyərlərə böyük önəm vermələrinin onlarda dərin təəssürat yaratdığını deyib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!