USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı Humanitar Forumunda yeni antibiotiklərin kəşfi və istehsalına dair müraciət ünvanlanması təklif edilib

Bu gün V Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin moderatorluğu ilə keçirilən  plenar iclasında dünyada antibiotiklərin kəşfi və istehsalı sahəsində yaranan problemlərə xüsusi diqqət yetirilib.

ASAN Radionun məlumatına görə, Kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat antibiotiklərin keçən əsrdə icad edildiyini söyləyib.

A. Yonat deyib ki, antibiotik bakteriyanın bakteriyaya qarşı mübarizəsidir. İndi insanlar antibiotiklərin daha çox istifadə olunmasından şikayətlənirlər: "Ancaq problem odur ki, bakteriyalar antibiotiklərə, daha doğrusu antibiotikin hazırlandığı bakteriyalara qarşı müqavimətini artırır, çünki onları tanıyır. Biz indi çalışırıq ki, elə antibiotiklər buraxaq ki, eyni struktura malik olmasınlar. Çünki hazırda istifadə ediləni antibiotiklər insan bədənindən xaric olunduqdan sonra da strukturunu itirmir, eyni struktura malik olurlar. Elə antibiotiklər yaratmalıyıq ki, düşünmək potensialı olsun, bəd və yaxşı bakteriyaları ayıra bilsinlər. Biz hazırda kiçik qrup olsaq da, bunun üzərində çalışırıq. Bu sahəyə qoyulan sərmayələr yetərli deyil. Bu, tək bir hökumətin də işi deyil. Biz Forumda bununla bağlı hökumətlərə çağırış ünvanlanmasını xahiş edirik. Dövlətlərin birgə dəstəyi ilə tezliklə yeni antibiotiklərin kəşfi və istehsalına başlamalıyıq. Dərman şirkətləri belə böyük sərmayələrin qoyulmasında maraqlı deyillər. Çünki dərman şirkətləri üçün antibiotiklər elə də böyük gəlir mənbəyi deyil”.

Kimya üzrə Nobel mükafatı laureatı Ariye Varşel bakteriyaların antibiotiklərə müqavimətinin artmasının bəşəriyyət üçün ciddi problem olduğunu vurğulayıb. O, yeni antibiotiklərin kəşfi və istehsalı üçün böyük sərmayəyə, kompüter texnologiyasından geniş istifadəyə ehtiyac olduğunu vurğulayıb: “Bu, kifayət qədər ciddi məsələdir. Biz bunu siyasi məsələ adlandıra bilərikmi? Bəli, çünki mənim əlimdə kifayət qədər sərmayə yoxdur. Son 30 ildə dünyada yeni struktura malik antibiotik hazırlanmayıb. Elə virus xəstəlikləri var ki, təbiətdə yaranır və insan bədəninə daxil olur. Bu, alimlər qarşısında tamamilə yeni problemlər yaradır. Yeni antibiotiklərin kəşfi sahəsində kompüterlərdən istifadə etmək zəruridir. Bu, yeni strukturda yaradılan antibiotikin gələcək təsirlərini də proqnozlaşdırmağa imkan verəcək”.

Kimya üzrə Nobel mükafatı laureatı Aaron Çexanover bu gün tibbi avadanlıqların və dərmanların qiymətinin sürətlə artmasına diqqət çəkib: “Bu, təsadüfi deyil. Çünki hər hansı yeni dərmanla bağlı laborator sınaqlar ildən ilə daha böyük xərclər tələb edir və son nəticədə dərmanın, avadanlıqların qiyməti artır. Yaxud biz əvvəllər elə bilirdik ki, ağciyər, döş, beyin xərçəngi eyni xəstəlikdir. Ancaq artıq məlumdur ki, bunlar ayrı-ayrı xəstəliklərdir. Hətta döş xərçənginin 20 növü var. Üstəlik, ayrı-ayrı insanlar eyni dərmanlara fərqli reaksiyalar verirlər. Yeri gəlmişkən, bu gün biz elə bioproteinlər yaradırıq ki, təbii qidalardan da faydalıdır. Bu, Allahın işinə qarışmaq deyil”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!