USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: dünyəvilik və tolerantlıq Azərbaycan xalqının təfəkkür tərzidir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) həyata keçirdiyi “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans işini bu gün Şamaxıda davam etdirib.

Sentyabrın 29-da Şamaxı rayon Uşaq Yaradıcılıq Mərkəzində gənclərin iştirakı ilə konfrans keçirilib.

Rayon gənclərinin iştirak etdiyi konfransda giriş sözü ilə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov konfransın əhəmiyyətindən danışaraq bildirib ki, milli-mənəvi, eləcə də multikultural dəyərlərin təbliğ edilməsi, eyni zamanda dini maarifçilik işinin aparılması məqsədilə bu cür tədbirlərin keçirilməsi vacibdir. O, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində rayon ərazisində həyata keçirilən silsilə tədbirlərdən də bəhs edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkəmizdə dərin tarixi köklərə malik olan multikultural və tolerantlıq ənənələrinin mövcudluğundan, bu ənənələrə xalqımız və dövlətimiz tərəfindən verilən dəyərdən danışıb. O bildirib ki, dünyəvilik və tolerantlıq Azərbaycan xalqının təfəkkür tərzidir. Azərbaycanda bütün dini konfessiyaların dinc və qardaşlıq şəraitdə fəaliyyət göstərdiklərini deyən sədr müavini bu həqiqəti heç bir qüvvənin dəyişə bilməyəcəyini vurğulayıb. Gündüz İsmayılov Dövlət Komitəsinin dini radikalizmlə mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlərdən bəhs edib. Dini maarifçilik işinin yüksək səviyyədə qurulması üçün bütün imkan və vasitələrdən istifadə olunduğunu deyən sədr müavini bu məqsədlə təhsil müəssisələrində, dini icmalarda, gənclər arasında, eyni zamanda QHT-lər vasitəsilə müxtəlif maarifləndirici tədbirlərin həyata keçirildiyini vurğulayıb.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov mövzu ilə bağlı fikirlərini gənclərlə bölüşərək, Azərbaycanda mövcud olan multikultural mühit barədə geniş məlumat verib. O qeyd edib ki, multikulturalizm ölkəmizdə həyat tərzinə çevrilib, fərqli din, mədəniyyət, dil, xalq mənsublarına hörmətlə yanaşmaq xalqımızın  genetik köklərindən gələn ənənələrdir. Ruslan Əsgərov milli-mənəvi, eləcə də multikultural ənənələrimizin qorunub-saxlanılmasında gənclərin üzərinə düşən vəzifələrdən də danışıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!