Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Fonddan ASAN Radioya verilən məlumata görə, Ş. Mövsümov nümayəndə heyətinə ARDNF-nin fəaliyyəti, vəsaitlərinin idarə edilməsi, həyata keçirilən layihələr, investisiya fəaliyyəti və Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib. Görüş iştirakçıları tərəfindən ölkəmizdə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunun və forumda müzakirə edilən məsələlərin bütün ölkələr üçün əhəmiyyətliliyi qeyd edilib.
Görüşdə Azərbaycan və Uruqvay arasında iqtisadi əməkdaşlıq, inkişaf perspektivləri, ölkələr arasında qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!