USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ISESCO-nun baş direktoru: Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır

Dünya sülhün qorunması üçün mövcud vasitələri dəyişməlidir. Mən hər zaman çıxışlarımda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinin vacibliyini vurğulayıram. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Ermənistanın ölkənizin torpaqlarını işğal etməsi Beynəlxalq hüquqa ziddir və bu işğal dayandırılmalıdır. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq qurumlar bununla bağlı qətnamə və qərarlar qəbul edib, Ermənistanın işğalçı əməllərini pisləyən bəyanatlar yayıblar. Bu ərazilərdən məcburi köçkün düşmüş insanların haqları bərpa olunmalıdır. Bizim qurum bu işğal faktını qətiyyətlə pisləyir.

Bu fikirləri V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri ASAN Radioya müsahibəsində deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin humanitar forum təşəbbüsünü hər zaman dəstəklədiyini söyləyən Əbdüləziz bin Osman Əl-Tuveycri birinci xanım, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dünya mədəni irsinin qorunmasına verdiyi töhfələri yüksək qiymətləndirib və Azərbaycan Hökumətini yüksək səviyyəli təşkilatçılıq münasibətilə təbrik edib.

Ədalət, sülh, bərabərlik ideyalarını yayan insanlar üçün Bakı Forumunun mühüm platforma olduğunu bildirən ISESCO-nun baş direktoru sülh və təhlükəsizlik üçün yaranmış təhdidlərə qarşı mübarizədə tədbirin qlobal əhəmiyyətinə toxunaraq deyib: “Dünyanın bir çox ölkələrindən nüfuzlu şəxslər bu Foruma qatılmaq üçün Bakıya gəlib. Azərbaycanda mövcud olan tolerantlıq, müasirlik dünya ölkələri üçün bir modeldir. Azərbaycan Prezidenti ölkəsinin gündən-günə çiçəklənməsi üçün əlindən gələni edir. Düşünürəm ki, biz Azərbaycanın bu təşəbbüsünü dəstəkləməliyik. Bu, dünyaya böyük çağırışdır. Əminəm ki, Forum dünyada sülh və təhlükəsizliyə öz töhfəsini verəcək”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!