USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ərdoğan: “Türkiyə Suriya və İraqla bağlı qərar qəbulu prosesindən kənarda qala bilməz”

"Əhalisi 22 milyon olan Suriyada 10 min İŞİD terrorçusu ilə bacarılmaması şübhələrə yol açır”

“Türkiyənin Suriya məsələsində mövqeyi öncədən bəllidir. Biz problemin Suriyanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyirik. Əhalisi 22 milyon nəfər olan Suriyada 10 min İŞİD terrorçusu ilə bacarılmaması şübhələrə yol açır”.

ASAN Radio xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılışındakı çıxışında söyləyib. 

R. T. Ərdoğan bildirib ki, İŞİD müəyyən qüvvələrin maraqlarını həyata keçirmək üçün bir oyuncaq vasitədir: “İraqda da İŞD-in fəaliyyəti ilə bağlı eyni yanaşma ortadadır”.

Türkiyə prezidenti deyib ki, əgər 6 ildə Suriyada 600 min insan ölübsə, bu, sözün bitdiyi yerdir: “Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” Suriyada bütün terror təşkilatlarına qarşı başlanan bir hərəkatdır. Cerablus şəhəri azad ediləndə şəhərdə 2 min nəfər vardı, indi şəhərin əhalisi 40 min nəfərə çatır. Biz illərdir ki, Suriyada təhlükəsiz, uçuş qadan edilən zonanın yaradılması təklifi ilə çıxış edirik. Bu təklifə qarşı çıxanlar olmasa da, dəstək də görmədik. “Fərat qalxanı" əməliyyatı ilə təhlükəsiz zona ilə bağlı ideyamız faktiki həyata keçməyə başlayıb. “Fərat qalxanı” əməliyyatı ilə Suriyada İŞİD qarşısına başqa terror təşkilatı PKK-nın Suriya qolu PYD-ni çıxarmağa çalışanların tezisi əhəmiyyətini itirib”.

R. T. Ərdoğan qeyd edib ki, Mosul əməliyyatının 400 min türkmənin yaşadığı Telaferi də əhatə etməsi vacibdir: "Biz türkmənlərin də dəstəyi ilə Mosulun azad ediləcəyinə inanırıq. Türkiyə  Suriya və İraqla bağlı qərar qəbulu prosesindən kənarda qala bilməz. Suriya ilə 900, İraqla 300 km-dən çox sərhədimiz var. Başqa ölkələrin Suriya və İraqla sərhədləri yoxdur, orada qərar vermək istəyirlər. Biz burada qərar verilməsi prosesindən kənarda qala bilmərik, qalmayacağıq”.

Türkiyə prezidenti ABŞ-ın Suriyada PKK-nın Suriya qoluna ikili yanaşması olduğunu vurğulayıb: “ABŞ hakimiyyətində müəyyən qisim Türkiyənin bu terror təşkilatı ilə bağlı mövqeyini bölüşür, bir qisim isə PYD ilə əməkdaşlığı davam etdirir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!