USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Gəncədə Avropa Gənclər Festivalından - FOTOSESSİYA

Oktyabrın 1-də Gəncədə Avropa Gənclər Festivalı çərçivəsində xarici və yerli qonaqlar mədəni tədbirlərdə iştirak ediblər.

Əvvəlcə iştirakçılar “Gəncə Avropa Gənclər Paytaxtı - 2016” İctimai Birliyinin ofisində yaradılan şəraitlə tanış olublar.

ASAN Radio xəbər verir ki, İctimai Birliyin sədri Elmir Vəliyev qonaqlara ofisin fəaliyyət istiqaməti haqqında ətraflı məlumat verib, bu vaxta qədər icra olunan yerli və beynəlxalq tədbirlərdən, həmçinin gələcəkdə icrası nəzərdə tutulan layihələrdən danışıb.

Sonra qonaqlar “Gəncəçay” park-bulvar kompleksində təşkil olunan sərgiyə baxış keçiriblər. Sərgidə 30-dan çox ölkədən gələn qonaqlara bulvar boyunca qurulan pavilyonlarda Azərbaycan milli mətbəxinin nümunələri, qəlyanaltılar, şərbət və şirniyyat növləri təqdim olunub.

Dekorativ tətbiqi sənətkarlığın müxtəlif sahələrində işlənilən nəfis sənət nümunələri xarici qonaqlarda Azərbaycanın qədim el sənəti haqqında dərin təəssürat yaradıb.

Məşhur cizgi filmlərinin qəhrəmanlarının, müxtəlif mahnı və rəqs qruplarının, muğam və vokal ifaçıların ifa etdikləri musiqilər də alqışlarla qarşılanıb.

Sonra Gəncənin idman məktəblərinin gənc və yeniyetmə idmançıları, pəhləvanlar qonaqlar qarşısında güləş, aykido, karate, ağırlıqqaldırma, boks və digər idman növlərində məharətlərini göstərib, maraqlı nömrələrlə çıxış ediblər.

Daha sonra “Gəncə Avropa Gənclər Paytaxtı-2016” parkında gənclər tərəfindən fləşmob keçirilib. Gənclərin Azərbaycan milli musiqi alətləri ilə Avropa musiqi alətlərinin sintezi formasında təqdim etdikləri fləşmob iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda qonaqlar tərəfindən “Gəncə Avropa Gənclər Paytaxtı-2016” parkında “Gəncliyin qanadları” abidəsinin ətrafında xatirə olaraq çinar ağacları əkilib.

Avropa Gənclər Festivalı Heydər Əliyev park-kompleksində keçirilən idman yarışları, əyləncəli proqram və konsertlə davam edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!