USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Mogerinidən Qarabağ mesajı

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı status-kvo dözülməzdir”.

AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın “Mediamax” agentliyinə müsahibəsində bildirib.

Mogerini ötən il boyunca təmas xəttində, eləcə də Ermənistan və Azərbaycan arasında beynəlxalq birlik tərəfindən tanınan sərhəd boyunca zorakılıq hallarının artmasının müşahidə olunduğunu xatırladıb: “Ağır silahlardan istifadə olunub, dinc əhali hədəfə alınıb. Münaqişənin beynəlxalq hüquqa əsaslanan siyasi həlli əvvəlkindən daha da vacibdir. Bizim ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərinə dəstəyimiz davamlıdır. Avropa İttifaqı danışıqlar prosesində əldə olunan istənilən irəliləyişi dəstəkləyəcək. Təhlükəsizliklə bağlı vəziyyəti stabilləşdirmək üçün edilən istənilən səylər, o cümlədən insidentlərin qarşısını almaq mexanizmi Aİ tərəfindən tam dəstəklənəcək. Bu məsələ ilə bağlı müsbət addımların atılması halında biz növbəti dəstək məsələsini də nəzərdən keçirməyə hazırıq. Müharibə başladıqdan sonra son 20 il ərzində sizin liderlərin cəsarət nümayiş etdirmək və münaqişənin sülh yolu ilə həll istiqamətində addım atmasının vaxtı çatıb. Biz bu istiqamətdə irəliləyiş əldə etmək üçün əlimizdən gələni etməyə hazırıq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!