USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Papa Fransisk: "Roma Papası Müqəddəs Ruh kimi vaxt itirir"

"Bəlkə kimsə mənim 600-700 imanlı üçün Azərbaycana səfərimin vaxt itkisi olduğunu fikirləşir".

ASAN Radionun məlumatına görə, bunu Roma Papası Fransisk Bakıdakı Katolik kilsəsində dua mərasimində (messa) çıxışında deyib. Roma Papası deyib ki, buraya gəlməsi üçün pul xərclənir: "Amma bura təkmillətli, təkdinli cəmiyyət deyil. Siz burada ingilis, ispan, rus, Azərbaycan dillərində danışırsınız.

Bəzən demək olar ki, bu cəmiyyət kilsənin kənarında qalır. Bu mənada Roma Papası Müqəddəs Ruha oxşamaq istəyir. Müqəddəs Ruh Yerusəlim şəhərində balaca bir cəmiyyətdə göydən yerə endi. O vaxtlar Yerusəlim də kilsədən kənarda idi. Bir anda bu qapılar açıldı. İndi Roma Papası Müqəddəs Ruh kimi vaxt itirir. İki şey çox vacibdir. Heç vaxt ananı unutmamaq və qorxmadan irəli getmək".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!