USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Leyla Əliyeva Heydər Əliyev Fondunun təşkil etdiyi “Daşın nəğməsi” I Beynəlxalq heykəltəraşlıq simpoziumunda yaradılmış əsərlərlə tanış olub - FOTOLAR

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən “Daşın nəğməsi” (Music in Stone) I Beynəlxalq Heykəltəraşlıq Simpoziumu oktyabrın 2-də başa çatıb.

ASAN Radio xəbər verir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva simpozium çərçivəsində hazırlanmış əsərlərlə tanış olub.

Sentyabrın 24-dən başlayan tədbirdə Azərbaycan, İspaniya, Macarıstan, İtaliya, Fransa, Bolqarıstan, Meksika, Hindistan, Gürcüstan və Makedoniyadan 14 heykəltəraş iştirak edib.

Onlar Bakının Qala qəsəbəsində açıq səma altında çalışıblar və yerli təbii daşlardan (Şəmkir qumdaşı, Abşeron əhəngdaşı) müxtəlif əsərlər yaradıblar.

Heykəltəraşlar üçün mövzu məhdudiyyəti qoyulmayıb, onlara tam özünüifadə imkanı verilib. Sənət adamları “məhəbbət”, “həyat eşqi” və digər mövzularda əsərlər hazırlayıblar. Bu baxımdan Fərəc Rəhmanovun “Başlanğıc” (Kosmos), Həsən Haqverdiyevin “Obelisk”, Novruz Məmmədovun “Qıraqdan izləyən”, Tural Rzaquliyevin “Ritm”, “Əks olunan” (Azərbaycan), Miqel İslanın “NEKSUS” (İspaniya), Daniel Lüdviqin “Cütlük”, “Baş”, Beata Rostasın “Balans” (Macarıstan), Milena Mladenovanın “Quşadamlar” (Bolqarıstan), Françisko Xaviyer Astorqanın “Kral” (Meksika), Jahurul İslamın “Hindistan kralı”, “Alov” (Hindistan), Genadi Zakaraianın “Mənim Şərqim” (Gürcüstan), Saşo Sazdovskinin “Birləşmə” (Makedoniya), Janine Kortz-Vaintropun “Qıfıl” (Fransa), Cüzeppe Stranonun “Xaosun balansı N3” (İtaliya) əsərlərini qeyd etmək olar.

Heykəltəraşlıq təsviri incəsənətin ən qədim sahələrindən biridir və Azərbaycanda bu sənətin kökləri tarixin dərinliklərinə gedib çıxır. Hələ qədim zamanlardan Azərbaycanda fərqli xassələrə və rənglərə malik müxtəlif təbii daşlar əldə edirdilər. Abşeron əhəngdaşının, Qarabağ çaydaşı və qara mərmərin, sarımtıl-ağ rəngli Şəmkir qumdaşının plastik xüsusiyyətləri yerli memarlığın və onun dekorativ bəzəklərinin özünəməxsusluğunu təyin edir.

Simpozium çərçivəsində yaradılan işlər Bakı şəhərinin parklarından birində sərgilənəcək.

Tədbirin hər il keçirilməsi, müxtəlif ölkələrdən olan heykəltəraşların yaratdıqları əsərlərlə gələcəkdə açıq səma altında muzey–heykəltəraşlıq parkının qurulması planlaşdırılır.

Xatırladaq ki, “Daşın nəğməsi” I Beynəlxalq Heykəltəraşlıq Simpoziumu VII “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı çərçivəsində təşkil olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!