USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Gəncədə “Avropa Gənclər Festival”ı keçirilib

Gəncədə “Avropa Gənclər Festival”ı keçirilib. ASAN Radio xəbər verir ki, festivalın açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Avropa Gənclər Forumunun prezidenti Yohanna Niman, Avropa Gənclər Forumunun baş katibi Allan Pall, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin icraçı direktoru Andras Farkas, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektoru müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyev, millət vəkilləri və başqa rəsmi qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Gəncə şəhər İH-nin başçısı Elmar Vəliyev açaraq, qonaqları Avropanın Gənclər Paytaxtında, Azərbaycanın qədim və zəngin mədəniyyətə malik Gəncə şəhərində görməkdən məmnun olduğunu bildirib.

Gəncənin güclü rəqiblər arasından Avropa Gənclər Paytaxtı seçildiyini bildirən Yohanna Niman qeyd edib ki, bu, Gəncəyə Avropa ilə əlaqələri inkişaf etdirmək üçün daha böyük şans verib.

Tədbirin rəsmi hissə bitdikdən sonra “Rio-2016” Olimpiadasında qazanılmış yüksək nailiyyətlərə, habelə Gəncə şəhərində idmanın inkişafındakı xidmətlərinə görə XXXI Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə gümüş mükafatçısı Toğrul Əsgərov, XV Paralimpiya Oyunlarının cüdo üzrə paralimpiya çempionu Ramil Qasımov, ilk Avropa Oyunlarının gümüş mükafatçısı Amil Qasımov, Toğrul Əsgərovun məşqçisi, əməkdar bədən tərbiyə və idman xadimi Elçin Zeynalov, Ramil Qasımovun məşqçisi, əməkdar bədən tərbiyə və idman işçisi Əli Hacıyevə Gəncə şəhər İH başçısının Fəxri Fərman və hədiyyələri təqdim olunub.

 “Avropa Gənclər Festivalı” layihəsi Gəncəçay Park Bulvar Kompleksində və Heydər Əliyev park-kompleksində yerləşən Gənclər Evinin qarşısında davam edib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!