USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Latviya seyminin sədri: “Azərbaycanın Avropa Parlamenti ilə əlaqələri bərpa etməsi müsbət haldır”

“Çox şadam ki, səfərim ərəfəsində Azərbaycan Avropa Parlamenti ilə münasibətləri yenidən qurur. Bu, olduqca müsbət haldır”.

ASAN Radio xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Latviya seyminin sədri İnara Murnietse deyib.

Azərbaycana səfərinin məqsədi barədə danışan seym sədri deyib ki, bu, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlıdır: “Biz Avropa İttifaqının üzvü olaraq Şərq tərəfdaşlığı məsələsini daim diqqətdə saxlayırıq. Latviya 2015-ci ildən etibarən Avropa İttifaqı şurasına rəhbərlik edir. Rəhbərlik müddətində Şərq tərəfdaşlığı ölkələri ilə münasibətləri yüksək səviyyədə izləməyə çalışırıq”.

İnara Murnietse bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə xalqlar arasındakı münasibətləri, bundan başqa, iqtisadi, təhsil, sosial sahədə əlaqələri inkişaf etdirmək barədə müzakirələr aparıblar: “Latviya dəniz  və hava nəqliyyatı sahəsində tranzit  mövqedə yerləşdiyi üçün Azərbaycanla bu sahədə də münasibətləri inkişaf etdirə bilərik”.

Latviya seyminin sədri İnara Murnietsenin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını və  Şəhidlər xiyabanını ziyarət edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!