USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Bakı Konfransının iştirakçıları Bəyanat qəbul ediblər

Bu gün İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Bakı Konfransının iştirakçıları Bəyanat qəbul ediblər.

ASAN Radionun məlumatına görə, bəyanatda qeyd edilir ki, İslam dini haqqında yalnış rəy formalaşdırmaq cəhdləri narahatlıq doğurur: “Biz jurnalistl'r təəssüflə qeyd edirik ki, qərbin islamafob dairələri, onların idarə etdiyi transmilli KİV-lər və təşkilatlar müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən, qərəzli formada təqdim edir. Buna görə də beynəlxalq ictimaiyyətdə müsəlman ölkələri və İslam dini haqqında yalnış təsəvvür yaranır. İslam terrorla eyniləşdirilir, hər bir müsəlman isə potensial terrorçu obrazında təqdim olunur. Yaranmış vəziyyət müsəlman ölkələri arasında fikir ayrılıqlarının aradan qaldırılmasının, vahid mövqeyin formalaşdırılmasını tələb etdiyi kimi informasiya sahəsində də qarşılıqlı əlaqələrin gücləndirilməsini zərurətə çevirib”.

Bəyanatda nəzərə çatdırılıb ki, 2012-ci ildə Qabonun paytaxtı Libervil şəhərində İƏT-ə üzv ölkələrinin informasiya nazirlərinin 9-cu toplantısında informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə qərarlar qəbul edilib. 2014-cü il dekabrın 3-də Tehranda keçirilən növbəti toplantına İƏT-ə üzv ölkələrinin Jurnalistlər Assosasiyasının yaradılması barədə təkliflər səsləndirilib və bu, müsbət qarşılanıb: “Biz Bakı şəhərində keçirilın konfransın iştirakçıları İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosasiyasının yaradılmasını dəstəklədiyimizi bəyan edirik. Bu məsələnin İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 11-ci toplantısının müzakirəsinə çıxarılmasına, 2017-ci ildə Bakı şəhərində İƏT-ə üzv dövlətlərin jurnalistlərinin iştirakı ilə yeni yaranmış qurumun birinci konfransının təşkili üçün İƏT katibliyindən müvafiq tədbirlərin görülməsini xahiş edirik”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!