USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"ASAN xidmət indeksi" üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizmi təqdim olunub

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ADA” Universiteti tərəfindən hazırlanan “ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizmi təqdim olunub.

 

Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən ASAN Radioya verilən məlumata görə, tədbirdə çıxış edən xarici işlər nazirinin müavini, "ADA" Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, "ASAN xidmət"lə "ADA" Universiteti arasında yaxşı münasibətlər formalaşıb: “Belə bir layihənin universitetimizdə təqdim edilməsi təsadüfi deyil. Gələcəkdə bu mexanizmin uğur qazanmasında “ADA” Universitetinin də rolu qeyd olunacaq”.

 

Bildirilib ki, “Elektron hökumət” sahəsində ölkəmizdə görülən işlər sürətlə genişlənir və “ASAN xidmət” mərkəzləri bu istiqamətdə öz töhfəsini verməkdədir. “ASAN xidmət” indeksi üzrə qiymətləndirmə mexanizminin formalaşdırılması böyük nailiyyətdir və təqdirəlayiq haldır.

 

Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizminin noyabr ayından etibarən fəaliyyətə başlayacağını, qiymətləndirmənin nəticələrinin isə 2017-ci ilin ortalarında cəmiyyətə açıqlanacağını deyib.

 

İ.Kərimov qeyd edib ki, bu mexanizm Dövlət Agentliyi və "ADA" Universitetinin ortaq layihəsidir: "Mexanizmin yaradılmasında məqsəd dövlət xidmətlərində keyfiyyətin və operativliyin artırılmasıdır. “ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizmi ancaq praktiki deyil, həmçinin elmi əsaslar nəzərə alınaraq hazırlanıb".

 

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2014-cü il 11 sentyabr tarixli, 262 nömrəli Fərmanına əsasən dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılması məqsədi ilə Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılıb və istifadəyə verilibdir. Hazırda 118 dövlət orqanı tərəfindən göstərilən 594 dövlət xidməti haqqında bütün məlumatlar Reyestrdə öz əksini tapıb. Bundan əlavə, yalnız mərkəzi və yerli icra hakimiyyəti orqanları deyil dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatlarının xidmətləri də Dövlət Xidmətlərinin Elektron Reyestrində əks olunacaq və vətəndaşlar vahid mənbədən bütün dövlət xidmətlərinə çıxış əldə edəcəklər.

 

Qeyd edək ki, “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə vasitəsilə dövlət xidmətlərini həyata keçirən şəxslərin peşəkarlıq səviyyəsinin ölçülməsi və inkişaf etdirilməsi, dövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin olunması, dövlət xidmətlərinə nəzarət və şikayət mexanizmlərinin inkişaf etdirilməsi, dövlət xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi təmin ediləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!