USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğuna işə qəbul olunan gənclərlə görüş keçirilib

ASAN Radio xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq müsabiqə və müsahibə mərhələlərində uğur qazanaraq nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul olunan gənclərlə  görüş keçirilib. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə hüquqi və dünyəvi dövlət quruculuğu, o cümlədən dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı sahəsində xalqımızın Ümummilli lideri Heydər Əliyevin mühüm xidmətlərindən söz açıb. Nazir bildirib ki, 2000-ci ildə qəbul edilən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu bu sahədə mütərəqqi dünya təcrübəsinə uyğun hüquqi əsasları, o cümlədən kadr siyasətinin əsas prinsiplərini müəyyən edir: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edən uğurlu siyasəti ölkədə dövlət qulluğu sisteminin təkmilləşdirilməsinə, bu sistemdə dövlətçiliyə sadiq və bilikli, işgüzar insanlardan ibarət kadr potensialının formalaşmasına şərait yaradıb. Eyni zamanda, cənab Prezident tərəfindən dövlət idarəetmə strukturlarında çalışan insanlar diqqət və qayğı ilə əhatə olunublar. Ölkədə digər sahələrdə olduğu kimi, dövlət qulluqçularının da əmək haqları mütəmadi olaraq artırılır. Həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət Qulluqçularının peşə bayramı təsis edilib”.

S.Müslümov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesi qanunvericiliyə uyğun şəkildə aparılır. Aidiyyəti qurum tərəfindən keçirilən müsabiqə və müsahibə mərhələlərində uğur qazanmış namizədlər həmin vakant yerlərə işə qəbul edilirlər: “Bu prosesin davamı olaraq, müsabiqə və müsahibə mərhələlərində uğur qazanmış daha 47 nəfərin müvafiq əmrlər əsasında nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbulu təmin olunub. Onların hamısı gənclərdir”.

Nazir vurğulayıb ki, Azərbaycan Prezidentinin “Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır” prinsipi hazırda dövlət qulluğuna yeni işə qəbul olunan gənclərin də əsas fəaliyyət prinsipi olmalıdır: “Dövlət qulluğu sistemində çalışmaq həm məsuliyyətli, həm də şərəflidir. Sizə göstərilən etimadı dövlət qulluqçularının etik davranış qaydalarına əməl etməyinizlə, öz işinizi layiqli səviyyədə yerinə yetirməyinizlə, ən başlıcası, əhaliyə daim yüksək səviyyədə xidmət göstərməyinizlə doğrultmalısınız. Daim bilik səviyyənizi, peşəkarlığınızı artırmağa çalışın, çünki cəmiyyətimizdə gedən inkişaf prosesləri sizin də mütəmadi olaraq təkmilləşməyinizi, dünyagörüşünüzü, mənəviyyatınızı zənginləşdirməyinizi tələb edir”.

Son illərdə əmək və sosial müdafiə sahəsində idarəetmə və xidmətlər sisteminin müasir tələblərə uyğun qurulması, əhaliyə xidmətlərin elektron texnologiyalar əsasında şəffaflaşdırılması istiqamətində aparılan islahatlardan bəhs edən S.Müslümov bildirib ki, qarşıdakı dövrdə də bu sahədə mütərəqqi islahatlar davam edəcək. O, yeni işə qəbul olunan kadrların bu islahat proseslərində daim fəal iştirak edərək, öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.

Nazir dövlət qulluğu sistemində yeni işə qəbul olunan gəncləri təbrik edib, onlara dövlət qulluqçusu kimi öz vəzifələrinin icrasında uğurlar arzulayıb. 

Yeni işə qəbul olunan gənclər nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul edilmələrinə, bu sahədə obyektivlik və şəffaflıq prinsipinin təmin olunmasına görə minnətdarlıqlarını ifadə ediblər. Gənclər onlara göstərilən inam və etimadı daim yüksək səviyyədə doğrultmaq üçün səy göstərəcəklərini vurğulayıblar.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!