USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan XİN rəhbəri: “Sərhədlərin güc yolu ilə dəyişdirilməsi cəhdi qəbuledilməzdir”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Latviya Seyminin sədri xanım İnara Murniesenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

XİN-in mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, İ. Murniese Azərbaycana səfəri çərçivəsində ölkəmizdəki inkişafa və Bakı şəhərinin gözəlliyinə heyranlığını ifadə edərək, nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Görüş zamanı Azərbaycan-Latviya, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Xanım İ. Murniese ölkəsinin Azərbaycanın Aİ ilə hərtərəfli əməkdaşlığını dəstəklədiyini bildirib.

Görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi və parlament diplomatiyasının əhəmiyyətinə də toxunulub. İ. Murniese Latviya parlamentində Latviya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərinin çox fəal olduğunu qeyd edib.

E. Məmmədyarov isə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı aparılan son danışıqlar barədə ətraflı məlumat verərək, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi ilə dəyişdirilməsi cəhdinin qəbuledilməz olduğunu vurğulayıb.

İ. Murniese Latviyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini dəstəklədiyini bildirib.

E. Məmmədyarov Latviyanın münaqişə ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləməsinə görə təşəkkürünü ifadə edib. O, həmçinin Latviya parlamentinin 53 üzvünün iştirakı ilə Xocalı soyqırımına dair bəyanatın qəbul olunmasının yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə iqtisadiyyat, ticarət, enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!