USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
MTRŞ: Analoq yayımın dayandırılması yalnız yerüstü yayıma aiddir

"Regionlarda əhalinin əksəriyyəti peyk televiziya yayımına baxır"

“Analoq yayımın dayandırılması yalnız yerüstü yayıma aiddir”. ASAN Radio xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) texniki şöbəsinin müdiri professor İsa Məmmədov deyib.

Onun sözlərinə görə, 35 rayonda aparılmış araşdırmanın nəticəsinə əsasən regionlarda əhalinin 7,4 %-i yerüstü yayımını izləyir: “Regionlarda əhalinin əksəriyyəti peyk televiziya yayımına baxır”.

Şöbə müdiri bildirib ki, televiziya yayımının 3 forması var: “Bunlar kabel televiziyası, yerüstü TV yayımı və birbaşa peyk TV yayımıdır. Bu üç yayımın bir-birindən fərqli cəhətləri var və bu 3 yayım bir-birinə maneçilik törətmir. Qeyd edim ki, 1998-ci ildən bizim ölkədə DVB-S standartı üzrə rəqəmli birbaşa peyk TV yayımı həyata keçirilir. Kabel şəbəkəsi üzrə həm analoq, həm də rəqəmli TV yayımı həyata keçirilir. Siqnalın hansı formada olmasından tamaşaçıların xəbəri olmur. Çünki kabel operatorunun istifadə etdiyi dekoder hər iki yayımı dəstəkləyir. Bu gün isə söhbət yerüstü yayımda analoq yayımın dayandırılmasından gedir. İnkişaf etmiş ölkələrdə bu çoxdan tətbiq olunub. Danimarkada yerüstü analoq yayım 2006-cı ildən dayandırılıb. Avropa ölkələrinin çoxunda yerüstü analoq yayımı 2012-ci ildən aparılmır. Azərbaycanda yerüstü analoq yayımının dayandırılması 2015-ci ilin dekabrında planlaşdırılırdı. Lakin qəbuledici şəbəkənin rəqəmli TV qəbuluna keçməsi ilə əlaqədar olaraq məsələ bir qədər ləngidi”.

İ. Məmmədov qeyd edib ki, analoq televiziya yayımı rəqəmli televiziya yayımı ilə müqayisədə keyfiyyət göstəricilərinə görə geri qalır: “Rəqəmli televiziya yayımının bir çox keyfiyyət göstəriciləri var. Əvvəla maneələrə qarşı davamlıdır, təsvirin və səsin keyfiyyəti yüksəkdir, əlavə məlumatların verilməsi imkanı var. Mobil qəbul daha dayanıqlıdır. Məsələn, analoq yayımında avtomobildə televiziya qəbulunu yuxarı sürətlərdə aparmaq mümkün olmur. Rəqəmli yayımda isə bu normal keyfiyyətlə gedir. Burada spektral effektivlik yüksəkdir. Ancaq analoq yayımla müqayisədə rəqəmli yayımın bir nöqsanı var. Siqnal zəif olan yerlərdə rəqəmli televiziya yayımı baş tutmur, analoq yayımında isə hələ pis keyfiyyətli təsvirlər canlana bilir”.

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamada Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!