USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Minskdə Azərbaycan mədəniyyəti festivalı – Nar bayramı keçirilib

ASAN Radio Diasporla İş üzrə Dövlət komitəsinə istinadən xəbər verir ki, Minskdə Azərbaycan mədəniyyəti festivalı – Nar bayramı keçirilib. Tədbirdə Minsk şəhər İcra Komitəsinin təmsilçisi Vitalin Rudikov, Belarus-Azərbaycan İcmaları Konqresinin sədri və Əməkdar idman ustası Natiq Bağırov, Azərbaycanın Belarusdakı Səfirliyinin nümayəndələri, Milli Məclisin üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi, burada yaşayan azərbaycanlılar və yerli sakinlər iştirak edib.

Festivalın açılışında çıxış edənlər Azərbaycanın qədim tarixə malik adətlərindəm, milli-mənəvi dəyərlərindən, mədəniyyətindən bəhs ediblər. Bildirilib ki, Azərbaycan xalqı bu dəyərləri qoruyaraq nəsildən-nəsilə ötürüb. Tədbirdə həmçinin, belə festivalların xalqlarımız arasında münasibətlərin daha da yaxınlaşması baxımından əhəmiyyəti vurğulanıb.

Rəsmi açılışdan və çıxışlardan sonra bayram tədbiri Azərbaycanın milli musiqiləri və rəqslərindən ibarət geniş konsert proqramı ilə davam edib. Festival çərçivəsində milli idman növlərindən bəzi nümunələr, Azərbaycan mətbəxinin ləziz təamları, onların hazırlanma qaydası iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, Nar bayramında xüsusi foto və ticarət zonaları da iştirakçıların ixtiyarına verilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!