USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Cari ilin 9 ayında ƏƏSMN-in elektron xidmətlərindən 4,5 milyon dəfəyə yaxın istifadə qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələri üzrə əhaliyə təqdim edilən elektron xidmətlər müvafiq xidmətlərdən vətəndaşların rahat və şəffaf şəkildə istifadəsinə geniş imkanlar yaradır.

ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya bildiriblər ki, cari ilin sentyabr ayında əhali nazirliyinin e-xidmətlərindən 430 845 dəfə faydalanıblar. Bu dövrdə nazirliyin e-xidmətlərinə müraciətlərin "Elektron hökumət" portalına müraciətlərin say tərkibində çəkisi əvvəlki avqust ayındakı 29 faizdən 37 faizə yüksəlib.

Sentyabr ayında nazirliyin e-xidmətlərinə müraciətlərin 141 742-si “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, 143 116-sı “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, 24 975-i “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətlərinə yönəlib. “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətinə 14 091 dəfə, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətinə 12 362 dəfə müraciət olunub. Vətəndaşlar “Sığortaolunanın onlayn uçota alınması” e-xidmətindən 9 821 dəfə, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” e-xidmətindən 5 551 dəfə faydalanıblar.

Əvvəlki avqust ayı ilə müqayisədə sentyabr ayında “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətinə 22 faiz, “Pensiya kalkulyatoru” e-xidmətinə 7 faiz, “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətinə 5,8 faiz, “Pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu” e-xidmətinə 13 faiz çox müraciət edilib. Eləcə də müraciətlər “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidməti üzrə 4,5 faiz, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti üzrə 21,9 faiz, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” e-xidməti üzrə 3 faiz artıb. “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” e-xidmətindən istifadə göstəricisi də çoxalıb.

Əhali nazirliyin “İş yerinə dair arayış”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Pensiyaçıya məlumatların verilməsi”, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” və digər e-xidmətlərindən də fəal şəkildə yararlanır.

Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 29 elektron xidmət əhalinin istifadəsindədir ki, vətəndaşlar cari ilin 9 ayında həmin xidmətlərdən 4 491 884 dəfə faydalanıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!