USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BŞH ilə "ASAN xidmət" arasında əməkdaşlıq memorandumu imzalandı 

Bu gün Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinə dair anlaşma memorandumu imzalayıb. Tədbirdə BŞH Əməliyyat Şirkətinin İnsan Resursları şöbəsinin rəhbəri İrana Əhmədova, şirkətin Marketinq və Kommunikasiya departamentinin direktoru Nigar Arpadarai, könüllülər üzrə koordinatoru Tural Hümbətov, “ASAN xidmət”in İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, xidmətin insan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynov və digərləri iştirak edib.
Öncə N. Arpadarai “Formula-1” Avropa Qran-Pri yarışı haqda məlumat verib. O, yarışa hazırlıqlarla bağlı danışıb.
E.Paşayev qeyd edib ki, "ASAN xidmət" ilə BŞH arasında bağlanan bu memorandum ölkədəki könüllülük hərəkatının daha geniş müstəvidə yayılmasına zəmin yaradacaq: "ASAN xidmət" yarandığı gündən könüllülərinin fəaliyyəti diqqətləri cəlb edir. Hazırda bu mərkəzdə 6 mindən artıq könüllü fəaliyyət göstərir. İlk Avropa Oyunlarında mindən artıq könüllümüz iştirak edib. Ümid edirəm ki, "Formula-1" yarışında da bu işin öhdəsindən layiqincə gələcəyik. Bu cür layihələrdə kiçik də olsa, payın olması könüllülər üçün qürurverici haldır".
O vurğulayıb ki, "ASAN xidmət" könüllülərinin bu önəmli yarışda iştirakı onlarda mövcud bacarıqların daha da təkmilləşməsinə və beynəlxalq layihələr üzrə müxtəlif bacarıqların qazanılmasına şərait yaradacaq.
T.Hümbətov Könüllülər Proqramı haqqında məlumat verib: “Bir çox layihələr həyata keçirilir. Düşünürəm ki, bu gün çox mühüm gündür. Bəzi könüllülərimiz bu işlərdə birbaşa təşkilatçı kimi iştirak ediblər. Könüllülərin müsahibə mərhələsi davam edir. Apreldə onların təlim prosesi başlayacaq. Seçilmiş könüllülər tam olaraq yarışa hazırlanacaq”.
Daha sonra İrana Əhmədova və Elvin Paşayev memorandumu imzalayıblar.
BŞH adından "ASAN xidmət"ə üzərində “Formula-1” nişanı olan köynək hədiyyə edilib.
Qeyd edək ki, memorandumun şərtlərinə əsasən, bütün "ASAN xidmət" mərkəzlərində BŞH-nin Könüllülük Proqramı və Avropa Qran-Prisi ilə əlaqədar təbliğat işləri aparılacaq.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!