Macarıstanın 199 yerlik parlamentində beş deputatla təmsil olunan “yaşıllar” (yaxud LMP partiyası) bu ölkəni Osmanlı İmperiyasında 1915-ci il hadisələrini parlamentin qətnaməsi səviyyəsində “ermənilərin soyqırımı” kimi tanıyan dövlətlərin bədnam siyahısına salmağa cəhd göstəriblər.
Hakim Fides partiyası və deputatların sayına görə parlamentdə ikinci olan “Daha yaxşı Macarıstan uğrunda” partiyası “yaşılların” qalmaqallı təşəbbüsünü rədd ediblər.
“Daha yaxşı Macarıstan uğrunda” partiyasının məşhur üzvlərindən biri Marton Dyöndyöş müzakirələrdə tarixçilərin və hüquqşünasların sahəsi olan bu məsələnin deputatların mühakiməsinə çıxarılmasının əleyhinə çıxış edib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!