USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Kiyevdə Türk Şurasının iclası keçirilib - FOTOLAR

ASAN Radio Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu gün Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin (Türk Şurası) Ukraynanın paytaxtı Kiyevdə yerləşən Diaspor Regional Mərkəzində qurumun panel iclası keçirilib. “Türkdilli diasporlar arasında əməkdaşlığın genişləndirilməsində Türk Şurasının rolu” mövzusuna həsr edilən iclas Türk Şurasının Baş katibi Ramil Həsənovun sədrliyi ilə keçib. İclasda Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyev, Türkiyə Cümhuriyyətinin Ukraynadakı səfiri Yönet Can Tezel, Qazaxıstanın Ukraynadakı səfiri Samat Ordabayev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Türk Şurasının Diaspor Təmas qrupunun təmsilçiləri və Ukraynada yaşayan türkdilli diasporların nümayəndələri iştirak edib.

İclasda ilk çıxış edən Türk Şurasının Baş katibi Ramil Həsənov Şura və onun fəaliyyəti, indiyədək diaspor sahəsində görülən işlər barədə məlumat verib. Dövlət başçılarının hər zaman türk xalqları arasında birliyin möhkəmlənməsinə böyük əhəmiyyət verdiyini qeyd edən R.Həsənov Türk Şurasının Kiyev Regional Diaspor Mərkəzinin təşəbbüsü ilə 2015-ci ildə Kiyevdə Türkiyənin terrora qarşı mübarizəsinə dəstək göstərmək məqsədilə “Terrora yox” yürüşünün təşkil edildiyini xatırladıb. Şuranın Baş katibi həmçinin, 2015-ci ildə ABŞ-da keçirilən türkdilli diasporların təmsilçilərinin toplantısı, Nyu-Yorkda Türk Günü Festivalında Türk Şurası bayrağının ucaldılması, Türk Şurası nəzdində Diaspor İşləri üzrə Təmas qrupunun 2016-ci il mayın 3-də Almatıda baş tutan 3-cü toplantısı və burada qəbul edilən qərarlar, eləcə 2016-2017-ci illər üçün Türk Şurası diasporunun ortaq fəaliyyət planının hazırlanması, yaxın gələcəkdə Almaniya, Fransa, ABŞ-da Regional Diaspor Mərkəzlərinin açılması məsələlərinə toxunub.

R.Həsənov diasporlarımızın türkdilli dövlət və xalqların mədəniyyətinin, dəyərlərinin tanıdılması, müsbət imicinin formalaşdırılması, sosial və siyasi fəallığının artırılması, onların yaşadıqları ölkələrdə maraqlarının qorunması, Türk dünyasının əleyhinə aparılan təbliğat kampaniyalarına qarşı mübarizə, türk xalqlarının qarşılaşdığı problemlərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əhəmiyyətli addımlar atacağını bildirib.

Toplantıda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Türkiyənin Ukraynadakı böyükelçisi Yönet Can Tezel, Qazaxıstanın Ukraynadakı səfiri Samat Ordabayev və digər diaspor təmsilçiləri çıxış edərək diasporlar arasında koordinasiyanın təmin edilməsinin önəmini vurğulayıblar. Türkdilli diasporların Ukraynada dəyişən şəraitə uyğunlaşmasını təmin etmək və yeni şərtlər çərçivəsində daha təsirli diaspor təşkilatlanmasını yaratmaq məqsədilə ortaq bir seminar keçirilməsi təklif olunub, qısa zaman ərzində bu seminarın təşkil olunması qərara alınıb.

“Türkdilli diasporlar arasında əməkdaşlığın genişləndirilməsində Türk Şurasının rolu” mövzusuna həsr edilən iclasda 60 nəfərə yaxın nümayəndə iştirak edib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!