USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidində görüş keçirilib

ASAN Radio xəbər verir ki, oktyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Sabunçu rayonu Nardaran qəsəbəsində “Rəhimə xanım ziyarətgahı” məscidində dini icma üzvləri və qəsəbə dindarları ilə görüş keçirilib.

Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, eləcə də Sabunçu Rayon İcra Hakimiyyəti və yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxış edərək Azərbaycandakı nümunəvi tolerant və multikultural mühit, eyni zamanda mövcud dini vəziyyət, dövlətin dini etiqad azadlığının təminatı üzrə gördüyü işlər haqqında məlumat verib. O bildirib ki, ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə qurulub, dövlət tərəfindən İslam və qeyri-islam dini icmalara daim diqqət və qayğı göstərilir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etməkdədir. Ölkəmizdə təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi bunun əyani sübutudur. Məhərrəm ayının başlanmasından danışan sədr müavini bununla əlaqədar bütün məscidlərdə, o cümlədən “Rəhimə xanım ziyarətgahı”nda da əzadarlıq tədbirlərinin, anım mərasimlərinin QMİ-nin Qazılar Şurasının bununla bağlı verdiyi fətvaya uyğun, o cümlədən, qanunvericilik çərçivəsində həyata keçiriləcəyinə əmin olduğunu bildirib.

Səyavuş Heydərov sosial dayağı olmayan radikal meyilli dairələrə qarşı mübarizə ilə bağlı görülən ardıcıl, məqsədyönlü maarifləndirmə tədbirləri barədə də iştirakçılara ətraflı məlumat verib.

“Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri Musa Qasımov, qəsəbə ağsaqqalları Hacıağa Nuriyev və Seyfulla Əlizadə çıxışlarında dindarların dövlətin qayğısı və diqqəti ilə əhatələndiyini qeyd edərək, Nardaran qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə görə dövlət başçısı və aidiyyəti qurumlara öz minnətdarlıqlarını bildiriblər. Ötən il Nardaran qəsəbəsində baş vermiş xoşagəlməz hadisələrə toxunan çıxışçılar qəsəbə əhalisinin bu proseslərdə iştirakının olmadığını, radikal dini dairələrin kənardan idarə olunduğunu vurğulayıblar. Məhərrəm ayı ilə əlaqədar olaraq isə, bütün ölkə üzrə olduğu kimi, Nardaran qəsəbəsində də əzadarlıq tədbirlərinin qanunvericilik çərçivəsində və nümunəvi şəkildə təşkil ediləcəyini qeyd ediblər.

Qəsəbənin dini icmasının üzvləri dinə aidiyyəti olmayan bəzi qrupların Nardaran camaatı adından çıxış etmələrini yolverilməz hesab ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!