USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xəyyam Mirzəzadənin doğum günüdür - AUDİO

Bu gün  xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür. 

Qeyd edək ki, Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-i anadan olub. O, 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfini bitirib.

Yaradıcılığında müxtəlif janrlara müraciət edən Xəyyam Mirzəzadə dram tamaşaları, estrada və caz pyesləri, həmçinin mahnılar bəstələyib. 

Bəstəkar eyni zamanda "Ağlar və qaralar" baleti, simfonik orkestr üçün bir sıra əsərlər və musiqi alətləri üçün kvartetlərin müəllifidir. Xəyyam Mirzəzadənin “Yadındamı”, “Bir səhər”,  “Qayalar” mahnıları  xüsusilə yadda qalıb. 

Onun yaradıcılığında kinomusiqisi də xüsusi yer tutur. Xəyyam Mirzəzadə “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Birisigün, gecəyarısı...”, Bakıda küləklər əsir, “Bizim küçə”, “Yeddi Oğul İstərəm” və başqa filmlərinin bəstəkarıdır. Onun “Bağ mövsümü” filmində səslənən “Gəzinti” musiqisi bəstəkarın məşhur əsərlərindəndir.

81 yaşı tamam olan  bəstəkar ASAN Radioya eksklüziv müsahibə verib.

Aşağıdakı linkdən bəstəkarın səs yazısını dinləyə bilərsiniz.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!