USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Leyla Əliyeva uşaq evlərində olub - FOTOLAR

ASAN Radio xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xəzər rayonu Şağan qəsəbəsi 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub. Leyla Əliyeva burada uşaqların reabilitasiyası, asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılmış şəraitlə tanış olub.

Fondun vitse-prezidenti sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb, söhbət edib, onlarla birgə vaxt keçirib.

Burada uşaqlar üçün hazırlanmış əyləncə proqramı təqdim edilib, həmçinin onlara Heydər Əliyev Fondunun hədiyyələri verilib.

Leyla Əliyeva daha sonra Nəsimi rayon 1 saylı körpələr evi və Nizami rayonunda yerləşən 1 saylı uşaq evində olub.

Körpələr və uşaq evlərində tərbiyə alan uşaqlar asudə vaxtlarında onlar üçün tərtib olunmuş müxtəlif əyləncələrdə iştirak ediblər.

Qeyd edək ki, Heydər Əliyev Fondu sağlamlıq imkanları məhdud, həmçinin valideyn himayəsindən məhrum olan uşaqları daim diqqət mərkəzində saxlayır, onların hansı qayğıya, mənəvi dəstəyə ehtiyacı olması ilə maraqlanır, təlim-tərbiyələri, asudə vaxtlarının təşkilində iştirak edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!