Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü və davamlı səyləri nəticəsində oktyabrın 6-da ilk dəfə olaraq Yeni Zelandiyanın qanunverici orqanı olan Nümayəndələr Palatasında səkkiz nəfər millət vəkilindən ibarət Yeni Zelandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilib.
ASAN Radionun məlumatına görə, bu barədə səfirliyə qrupa rəhbər seçilmiş Tod Müller məlumat verib və qrupun parlamentin spikeri Deyvid Karter tərəfindən təsdiq edildiyini bildirib. T.Müller, eyni zamanda parlamentin Xarici əlaqələr üzrə xüsusi komitəsinin üzvüdür.
Qrupun üzvləri aşağıdakılardır:
Tod Müller – sədr;
Maheş Bindra;
Ceymi-Li Ros;
Deyvid Bennet;
Stuart Smit;
Sara Dovi;
Mark Mitçel;
Endryu Beyli.
Qeyd edək ki, Yeni Zelandiya parlamentində dostluq qruplarının yaradılması praktikasında bir qayda olaraq regional bölgüyə üstünlük verilir. Bü xüsusda Azərbaycan üzrə ayrıca qrupun yaradılmasını müstəsna hal kimi qiymətləndirmək olar.
Xatırladaq ki, Azərbaycan Milli Məclisində də on yeddi millət vəkilindən ibarət Azərbaycan-Yeni Zelandiya Parlamanetlərarası Dostluq Qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri millət vəkili Xanlar Fətiyevdir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!