USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Baş pediatr: “Azərbaycanda uşaqların ana südü ilə qidalanması arzu olunan həddə deyil”

“Təəssüf ki, bütün dünyada, o cümlədən Azərbaycanda uşaqların ana südü ilə qidalanmasının səviyyəsi arzu olunan həddə deyil. Statistik məlumatlara görə, 1992-ci ildə 1 yaşa qədər uşaqların 25 faizi ana südü il qidalanıb. Döşlə əmizdirmənin təbliği istiqamətində UNICEF və Səhiyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində son illərdə bu rəqəm 50 faizədək yüksəlib. Bu rəqəm də arzu olunan hədd deyil”.

ASAN Radionun xəbərinə görə, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev “Körpələrin qidalanmasında ana südünün əhəmiyyəti” mövzusunda keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Bakıda doğulan uşaqların 48-50%-i, regionlarda isə 50-55%-i ana südü ilə qidalanır. O bildirib ki, ana südü ilə qidalanan uşaqların sayını artırmaq yalnız tibb işçilərinin, pediatrların fəaliyyətindən asılı deyil. Bu sahədə uğur əldə etmək üçün bütövlükdə ictimaiyyətin ana südü ilə qidalanmaya baxışı, mövqeyi dəyişməlidir: “Ana südünün tərkibindəki zülal, yağ , karbohidrat, ferment, vitamin və minerallar uşağın həyatının ilk 6 ayının bütün tələblərinə cavab verir. Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlığını artırır”.

Baş pediatr vurğulayıb ki, döşlə əmizdirmə həmçinin ananın sağlamlığına da müsbət təsir göstərir. Doğuşdan sonrakı qanaxmaların, anemiyanın yaranma ehtimalını azaldır, süd vəziləri və yumurtalıqları müxtəlif şişlərdən qoruyur, ilk 6 ayda növbəti hamiləlik riskini azaldır.

 

N. Quliyev qeyd edib ki, ana südü ilə qidalanmaya mane olan əsas səbəblərin 98-99%-i subyektiv (ana südünün çatışmazlığı), 1-2%- isə obyektiv səbəblər(hipoqalaktiya) təşkil edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!