USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Rusiyada keçirilən konfransda erməni alimin məruzəsindən “Şərqi Ermənistan” sözləri çıxarılıb

Rusiya Dövlət Ermitajının direktoru Mixail Piotrovski AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlıya məktub ünvanlayıb.

Muzeydən ASAN Radioya verilən məlumata görə, məktubda hər iki muzey arasında mövcud olan ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndirən M.Piotrovski Sankt-Peterburqda keçirilən beynəlxalq konfransda erməni alim A.Akopyanın məruzəsinin təhrif olunmuş ad altında təqdim olunmasını anlaşılmazlıq adlandırıb.

O qeyd edib ki, AMEA Prezidenti akademik A.Əlizadənin və akademik N.Vəlixanlının dəstəyi ilə Azərbaycan alimlərinin konfransda iştirak etməsindən məmnundur və gələcək elmi əlaqələrin inkişaf etdirilməsini dəstəkləyir. 

Xatırladaq ki, sentyabrın 26-29-da Sankt-Peterburqda, Dövlət Ermitajında islam numizmatikasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. Konfransın proqramına erməni alimi A.Akopyanın İrəvan, Naxçıvan, Qarabağ, Gəncə xanlıqlarının ərazisinin “Şərqi Ermənistan” adı ilə təqdim olunduğu məruzə daxil edilib.

Bununla əlaqədar AMEA Milli Azərbaycan Tarixi Muzeyi Dövlət Ermitajına etiraz məktubu göndərib. Etiraz məktubundan sonra məruzənin adından “Şərqi Ermənistan” sözləri çıxarılıb.

Konfrans vaxtı erməni alimin təxribatının qarşısını almaq və tarixi həqiqəti auditoriyaya çatdırmaq məqsədilə AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə bir qrup alim Sankt-Peterburqa ezam edilib.

Sentyabrın 26-da Azərbaycan nümayəndə heyətinin üzvləri Ermitajın direktoru M.B.Piotrovski ilə görüşüblər. M.B.Piotrovski Azərbaycan alimlərinin nüfuzlu elmi tədbirdə iştirakından məmnunluğunu və A.Akopyanın məruzəsinin ilkin adının təşkilat komitəsi ilə razılaşdırılmadığını bildirib. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!