USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ramiz Həsənov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 56-cı sessiyasında iştirak edib

ASAN Radio xəbər verir ki, 3-5 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv ölkələr Assambleyasının 56-ci sessiyası keçirilib. Sessiyada Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Assambleyanın sessiyasında çıxış edən komitə sədri əqli mülkiyyət hüquqlarının qorunması üzrə ÜƏMT-nin fəaliyyətinin ölkəmiz üçün maraq kəsb edən istiqamətlərini qeyd edib. Ölkə rəhbərliyinin insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafını pioritet müəyyən etdiyini vurğulayan R.Həsənov ölkəmizdə yüksək texnologiyalar və innovasiyalara dəstək olacaq müasir patent sisteminin inkişafında ÜƏMT ilə qarşılıqlı fəaliyyət istiqamətlərinə də diqqət yetirib.

Səfər çərçivəsində təşkilatın baş katibi Frensis Qarri ilə sədr Ramiz Həsənovun görüşü olub. Milli patent sisteminin inkişafında ÜƏMT ilə qarşılıqlı fəaliyyətin müsbət nəticələri nəzərdən keçirilib, birgə layihələrin davam etdirilməsinə maraq ifadə olunub. F.Qarri Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, səfər zamanı imzalanmış Anlaşma memorandumunun icrasının müvəffəqiyyətlə həyata keçirildiyini, gələcəkdə də təşkilatın Azərbaycanın əqli mülkiyyət hüquqlarının təminatı sisteminə dəstəyinin davam etdiriləcəyini bir daha vurğulayıb. R.Həsənov söhbət zamanı təşkilatın Bakıda xarici ofisinin təsis olunmasında marağımızı bir daha vurğulayıb. Məsələ ilə əlaqədar baş direktor F.Qarri üzv ölkələrin regional qrupları arasında konsensusdan asılı olaraq xarici ofislərin təsis olunacaq bölgələr arasında ardıcıllığının müəyyənləşəcəyini qeyd edib.

Sonra ÜƏMT-nin bir neçə departamentində işçi görüşlər keçirilib, birgə gələcək fəaliyyət, maraq kəsb edən Sazişlərə qoşulmanın faydalılığı və məqsədəuyğunluğu müzakirə edilib. Eyni zamanda Assambleya zamanı bir sıra ölkələrin patent qurumlarının nümayəndələri ilə ikitərəfli əməkdaşlıq perspektivləri və təşkilat çərçivəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!