USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Energetika Nazirliyinin əməkdaşlarına mükafatlar təqdim olunub - FOTOLAR

ASAN Radio Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, prezident İlham Əliyevin “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında” 2016-cı il 19 sentyabr tarixli Sərəncamı ilə neft sənayesinin inkişafındakı xidmətlərinə görə Energetika Nazirliyinin “Tərəqqi” medalına layiq görülmüş əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib.

Energetika naziri Natiq Əliyev neftçi əməyini həmişə yüksək qiymətləndirən, neftçilərin fəaliyyətini, neft-qaz sənayesinin inkişafını daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti İlham Əliyevə Nazirliyin kollektivi adından dərin minnətdarlığını bildirib. Neft-qaz, neft emalı və neft-kimya sənayesinin hələ uzun illər Azərbaycan iqtisadiyyatında aparıcı mövqe tutacağını vurğulayan energetika naziri deyib ki, peşəkar neft sənayesi işçilərinin xidmətlərinə ölkəmizin gələcəkdə də ehtiyacı olacaq. Sonra energetika naziri Natiq Əliyev təltif olunan əməkdaşları təbrik edərək, mükafatları sahiblərinə təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Təltif olunanlardan İqtisadiyyat, elm və innovasiya şöbəsinin müdiri Rafiq Əliyev və Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Anar İsmayılov aldıqları dövlət mükafatlarını Energetika nazirliyi kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirərək, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı daim doğruldacaqlarını vurğulayıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!