USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Brüssel Parlamentində Ermənistan–Azərbaycan münaqişəsi müzakirə edilib

ASAN Radio xəbər verir ki, Belçikada səfərdə olan Milli Məclisinin deputatları Rövşən Rzayev və Fuad Muradov Brüssel-Paytaxt Regionu Parlamentinin rəhbərliyi ilə görüşüblər.

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Aparılmış müzakirələr çərçivəsində Milli Məclisinin deputatları Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, nəticədə 1 milyondan çox həmvətənimizin qaçqın və məcburi köçkünə çevrildiyini, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mühüm töhfə verə biləcək Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında birbaşa dialoqun qurulmasında belçikalı siyasətçilərin mühüm rol oynaya biləcəklərini diqqətə çatdırıblar. Habelə, Azərbaycanın icazəsi olmadan işğal altında olan Dağlıq Qarabağ bölgəsinə edilən səfərlərin beynəlxalq hüquqa zidd olduğu vurğulanıb və belçikalı parlamentarların iştirakı ilə gələcəkdə belə halların qarşısının alınmasında Parlament rəhbərliyinin müdaxiləsinin faydalı olacağı qeyd edilib.

Beynəlxalq Münasibətlər üzrə Eqmont Kral İnstitutunun baş direktoru Mark Otte ilə keçirilmiş görüş zamanı deputatlar Dağlıq Qarabağ münaqişəsinə göstərdiyi diqqətə görə institut rəhbərliyinə təşəkkür edib, gələcəkdə mövzu üzrə dərc ediləcək hesabat və məqalələrdə Azərbaycan qaçqın və məcburi köçkünlərinin probleminin daha geniş işıqlandırılmasının vacibliyini bildiriblər. Habelə, institutun Avropada nüfuzlu tədqiqat mərkəzlərində biri olaraq, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqu təşkil etməsi təklifi irəli sürülüb.

Keçirilmiş görüşlərdə həmsöhbətlər, edilmiş müraciətləri nəzərdən keçirəcəklərini və Azərbaycan tərəfi ilə mövzu üzrə müzakirələri davam etdirəcəklərini vəd ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!