USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Avropa İttifaqının Azərbaycanda insan kapitalının inkişafına və bacarıqlarına dəstəyi” mövzusunda seminar keçirilib

ASAN Radio Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa Təlim Fondunun birgə təşkilatçılığı ilə “Avropa İttifaqının Azərbaycanda insan kapitalının inkişafına və bacarıqlarına dəstəyi: peşə standartları və bacarıqlar” mövzusunda seminar keçirilib.

Seminarda məqsəd ölkəmizdə peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi ilə bağlı mövcud vəziyyətin öyrənilməsi, bu sahədə qarşıda duran məsələlərin sosial dialoq şəraitində həlli yollarının müzakirə edilməsi olub.

Aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin iştirakı ilə keçən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizdə əmək resurslarının keyfiyyətinin yüksəldilməsi yönündə aparılan işləri diqqətə çatdırıb. Nazir müavini bildirib ki, qeyd olunan işlər sırasında peşə standartlarının hazırlanması və tətbiqi mühüm yer tutur. Peşə standartı konkret peşə sahələrində işçilərin yerinə yetirdikləri əmək funksiyalarına qoyulan ümumi tələbləri sistemli şəkildə əks etdirən sənəddir. Həmin standartlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkil olunmasında, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında baza rolunu oynayır. Bu da öz növbəsində iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına, əmək gəlirlərinin və məhsuldarlığının yüksəlməsinə xidmət etməklə, mühüm iqtisadi və sosial əhəmiyyətə malikdir.

Azərbaycanda peşə standartlarının hazırlanması və tətbiqi işlərinə Dünya Bankı ilə birgə həyata keçirilən «Sosial Müdafiənin İnkişafı» layihəsi çərçivəsində başlanıldığı qeyd olunub. Bildirilib ki, Layihə çərçivəsində 200 peşə standartı paketi (peşə və təlim/qiymətləndirmə standartları) üzərində iş başa çatdırılıb və 2014-cü ildə işəgötürənlərin istifadəsinə verilib. 2015-ci il və 2016-cı ilin 9 ayı ərzində daha 150 peşə standartının layihələri hazırlanıb. Onların aidiyyəti fəaliyyət sektorları üzrə sahə komissiyaları tərəfindən müzakirəsi və işəgötürənlərlə razılaşdırılması mərhələsi yekunlaşdırılıb.

Azərbaycan Höküməti ilə Avropa İttifaqı arasında əməkdaşlıq haqqında 2016-cı il üçün Fəaliyyət Planında bir sıra sahələrlə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək bazarının öyrənilməsi və proqnozlaşdırılması, kadr potensialının bilik və bacarıqlarının inkişaf etdirilməsi sahəsində dəstəyin göstərilməsi əksini tapıb. Bu istiqamətdə tədbirlər kimi, nazirliyin Aparatının Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin tərkibində yeni yaradılan Peşə standartları sektorunun işinin səmərəli təşkil edilməsi məqsədilə müvafiq sahədə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi, kadr potensialının artırılması ilə bağlı ölkədaxili və ölkəxarici seminarların keçirilməsi nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa Təlim Fondunun əməkdaşlığı şəraitində təşkil olunan bu seminar da qeyd olunan sahədə işlərin səmərəli təşkilinə yönəlib.

Seminarda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən Rza Zülfüqarzadə, Avropa Təlim Fondunun nümayəndəsi Arjen Deij peşə standartlarının əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi və əmək məhsuldarlığının artırılmasında önəmindən bəhs edib, əməkdaşlığın bu sahəni də əhatə etməsinin məqsədəuyğun olduğunu bildiriblər.

Seminar yerli və beynəlxalq ekspertlərin təqdimatları ilə davam edib. Tədbirdə Azərbaycanda peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi işləri nəzərdən keçirilib, bu sahədə sosial tərəfdaşlarla birgə görüləcək işlərin istiqamətləri müzakirə olunub, sosial dialoq şəraitində bu sahədə görüləcək işlərin sürətləndirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!