USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Traktor sürücülərinə vəsiqələr verilib

ASAN Radio xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində 2015-ci ildə avtomatlaşdırılmış informasiya sistemi yaradılmış, sürücülük vəsiqəsinin verilməsi (dəyişdirilməsi) və sair əməliyyatlar elektron qaydada təşkil edilib.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün nəzəri və təcrübi imtahanları keçirir, sürücülük vəsiqəsini verir və dəyişdirir.

Respublikada ərzaq təminatının yaxşılaşdırılması, pambıqçılığın və digər ənənəvi bitkiçilik sahələrinin genişləndirilməsi, məhsul istehsalının artırılması ilə yanaşı, yeni iş yerlərinin yaradılması kənd təsərrüfatı mütəxəssislərinə, o cümlədən mexanizatorlara tələbatı artırmış, hətta qadın mexanizatorlar da yenidən traktor sükanı arxasına keçmək qərarı veriblər.

4 sentyabr 2016-cı il tarixində Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində ilk traktorçu-sürücülük vəsiqəsini 1984-cü ildə almış Bərdə rayonunun Hüseynallar kənd sakini 1959-cu il təvəllüdlü Məmmədova Radə Sabir qızı, 2012-ci ildə sürücülük vəsiqəsi almış Şəki rayonunun Qozlubulaq kənd sakini 1983-cü il təvəllüdlü İskəndərova Jalə Tofiq qızı köhnə sürücülük vəsiqələrini dəyişdiriblər. Hətta əvvəllər mexanizator işləməmiş 1985-ci il təvəllüdlü Ağsu rayonu Ərəbmehdibəy kənd sakini Əbuzərova Nəzakət Asif qızı imtahan verərək, traktor sürücülük vəsiqəsi alıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!